image-tbrz
image-30backend

Aysun birinci əri ilə barışıb? – özü açıqladı – VİDEO

Müğənni Aysun İsmayılova TikTok-da onun birinci həyat yoldaşı Eşqin Cəlilovla barışdığını iddia edən səhifələrə xəbərdarlıq edib.

İNFOAZ.WS xəbər verir ki, bu barədə o, İnstagramda paylaşım edib.

Aysun deyib ki, yalan xəbər yayan səhifələri bağlatdıracaq:

“Tiktokda səhifələr açmış bəzi şərəfsizlər… Bu haqda danışmaq istəmirdim, komanda olaraq şikayətlərimizi göndərmişik, o səhifələrin hamısı bağlanacaq. Şükür etsinlər ki, polisə müraciət etməmişəm.

Bu videonu ona görə çəkdim ki, bütün ətrafım mənə zəng edir, deyirlər ki, bu xəbər doğrudurmu? Bir-bir deməkdən yoruldum.

İki dünya bir olsa da, o xəbərlər heç vaxt doğru olmayacaq. Heç bir barışıq olmayacaq. Həyatımdan çıxardığım insanları heç vaxt geri qaytarmıram, keçmişə baxmıram, yalnız gələcəyə baxıram. Bu söhbətlər bağlansın, o səhifələr onsuz da bağlanacaq”. (Bizim.Media)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki