image-tbrz
image-araz-musayev-1backend

Araz Musayev Türkiyədə bıçaqlandı – Video

Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev bıçaqlanıb.

İNFOAZ.WS Unikal.az-a istinadən xəbər verir ki, hadisə Türkiyənin Antalya bölgəsində baş verib. Bununla bağlı yayılan videoda A.Musayevə ətrafdakı şəxslər tərəfindən yardım edildiyi görünür.

Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.

Araz Musayev Antalyada Kəmər Dövlət Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətini həkimlər ağır qiymətləndirir.

Hadisəni törətməkdə şübhəli bilinən iki nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki