image-aysun-reqsanebackend

“Anam yanımdadır” – Rəqsanə azadlığa buraxılıb?

Müğənni Aysun İsmayılova sosial şəbəkədə paylaşım edərək son vaxtlar üzləşdiyi çətinliklərdən söz açıb. 

İNFOAZ.WS yenisabah-a istinadən xəbər verir ki, o, yaşanan ağır hadisələr səbəbindən bir müddət sənətindən və sosial şəbəkə paylaşımlarından uzaq qalıb:

“Bu çətin günlərdə verdiyiniz dəstək mənə böyük güc verir. Son zamanlar yaşanan ağır hadisələr səbəbindən bir müddət işimdən uzaq qaldım və paylaşım etmədim. Amma həyat dayanmaq bilmir…” – deyə sənətçi qeyd edib.

İsmayılova sənətini davam etdirəcəyini və toy, tədbirlərdə iştirakı ilə həm ailəsinə, həm də özünə güc vermək istədiyini vurğulayıb:

“Anam hər zaman mənim yanımdadır, mən də onun gücündən ilham alıram. Mənə olan sevginiz və dəstəyiniz üçün hər kəsə sonsuz təşəkkürümü bildirirəm”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki