image-tbrz
Alıcılara kolbasa yerinə at əti satdılar - Nazirlik hərəkətə keçdibackend

Alıcılara kolbasa yerinə at əti satdılar – Nazirlik hərəkətə keçdi

Sağlamlığı təhlükəyə atan qidaların siyahısı yenilənıb. Şokoladda dərman, kolbasada  isə təkdırnaqlı heyvan əti aşkarlanıb.

İNFOAZ.WS TGRT Haber’ə istinadla xəbər verir ki , Türkiyədə saxtakarlıq edən şirkət və məhsullarla bağlı axtarışlar sürətlənib. Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi  sağlamlığı təhlükəyə atacaq  şirkətlərin siyahısı üzərində baxış keçirib.

Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin laboratoriya testləri nəticəsində sağlamlığa təhlükə yaradacağı aşkar olunan qidaların siyahısı onların internet saytında ictimaiyyətlə paylaşılıb.

Bəs qida saxtakarlığı sırasına hansı məhsullar əlavə edilib?

Mövzu ilə bağlı verilən açıqlamada Nazirliyin  yayımladığı  saxtakarlıq edilmiş qidaların  siyahısında şokolad və kakao məhsullarının da olduğu bildirilib.

Məmmədova Fatimə

İNFOAZ.WS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki