image-tbrz
image-67e66e64da11d67e66e64da11f1743154787c7c21bf62232dc85177929c9a4449c42backend

Ağdamın Sarıcalı kəndində iki mərhələ üzrə 425 fərdi ev tikiləcək – FOTO

1873 nəfər (425 ailə) əhali üçün planlaşdırılan Sarıcalı kəndinin birinci mərhələsinin açılışı baş tutub

İNFOAZ.WS xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına və birinci xanıma burada yaradılmış şərait barədə məlumat verib.

Layihələndirilən ümumi ərazi 123 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub.

Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb. Belə ki, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, klub-icma və mədəniyyət mərkəzləri tikilib. Burada sosial məsələlər də öz həllini tapıb. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.

Qeyd edək ki, Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub.(apa)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki