image-gizir-xani-minabackend

Ağdamda “Gizir Xanı” minaya düşərək həlak oldu

Səyyaf Əhmədov minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində həlak olub.

Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Qeyd olunub ki, bu gün Ağdam rayonunun Mirəşelli kəndi ərazisində mina hadisəsi baş verib.

Məlumata görə, 1971-ci il təvəllüdlü Baharlı kənd sakini Səyyaf Fiqan oğlu Əhmədov minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub. Onun nəşi ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki