Ağdam, Füzuli və Xocavənd rayonlarında fəaliyyət göstərən “Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi Ağdam şəhərinin 5-ci yaşayış massivində məhəllə O-120, O-122, O-128, O-136, O-139 və O-140 üzrə binaların tikintisi üçün 67.129.795,59 AZN xərcləyəcək.
İNFOAZ.WS Teleqraf-a istinadən xəbər verir ki, qurum binaların tikilməsi məqsədilə müvafiq işləri görəcək podratçı axtarışındadır.
Qeyd edək ki, müvafiq işlər üzrə tender elan olunub, təkliflərin son təqdim olunma tarixi məhəllə O-136 üçün 22 aprel, O-139 üçün 22 may, O-120, O-122, O-128 və O-140 üzrə isə 5 iyun tarixində baş tutacaq.