image-tbrz
image-2backend

Ağdam şəhərinə media-tur təşkil olunub – FOTO

Bu gün Ağdam şəhərinə media-tur təşkil olunub.

İNFOAZ.WS xəbər verir ki, media-tur iştirakçıları ilk olaraq Ağdam 1 nömrəli tam orta məktəbi və 1 nömrəli Körpələr evi-uşaq bağçasının binaları ilə tanış olublar.

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli jurnalistlərə burada görülən işlərdən danışıb. Qeyd olunub ki, 960 yerlik Ağdam şəhər 1 saylı tam orta məktəbində müasir sinif otaqları, fənn kabinetləri, laboratoriyalar qurulub.

Ağdam şəhər 1 saylı Körpələr evi-uşaq bağçası 160 yerlikdir, burada uşaqlar üçün bütün şərait yaradılıb.

Bildirilib ki, Şuşa, Xankəndi, Xocalı və Ağdərədə müasir məktəblər istifadəyə verilib. Xankəndi və Ağdərədə bir məktəbin, Ağdam, Xocalı və Ağdərədə bir neçə uşaq bağçasının tikintisi başa çatmaq üzrədir.(apa)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki