ABŞ bir daha vətəndaşlarını İranı Azərbaycan vasitəsilə tərk etməyə çağırıb.
İNFOAZ.WS xəbər verir ki, bu barədə ABŞ–ın İrandakı virtual səfirliyinin saytında məlumat dərc edilib.
Səfirlik hava məkanının bağlanması və təhlükəsizlik risklərini əsas gətirərək amerikalıları İranı dərhal tərk etməyə çağırıb. Xəbərdarlıqda Ermənistan və Türkiyə ilə quru sərhədlərinin açıq olduğu, Azərbaycan və Türkmənistana keçid üçün əvvəlcədən razılığa ehtiyac olduğu bildirilib.
O da qeyd olunub ki, bunun üçün onlara xüsusi icazələr veriləcək: “Bu məqsədlə Azərbaycan Hökumətinin rəsmi təsdiqi tələb olunur. Bu təsdiq sərhəd-buraxılış məntəqəsinə gedərkən hər kəsin üzərində olmalıdır. İran ərazisində müxtəlif səbəblərdən olan ABŞ vətəndaşları icazə sənədini almaq üçün ABŞ-ın Azərbaycandakı səfirliyinə ad, soyadı, doğum tarixi və pasport məlumatlarını elektron qaydada göndərərək müraciət etməlidir”.