image-tbrz
image-956fa1ed-e4ae-4fa3-8062-f589c1bac9a1backend

ABŞ-də müəllim uşağı boğaraq öldürmək istədi

ABŞ-də Elizabet Volf adlı qadın dini mənsubiyyətinə görə fələstinli uşağa hücum edərək boğmağ cəhd edib.

İNFOAZ.WS xarici mediaya istinadən xəbər verir ki, qadın cinayət məsuliyyətinə cəlb olunub.

Hadisə şahidlərinin dediyinə görə, 42 yaşlı Volf uşaqlara hücum etməzdən əvvəl irqçi ifadələr işlədib. Daha sonra 3 yaşlı qızı zorla suyun altında boğmağa çalışıb.

Hadisəni törədən zaman qadının sərxoş olduğu bildirilir.

Aygün Mirakif,

İNFOAZ.WS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki