Fars körfəzinin altı ərəb ölkəsinin xarici işlər nazirləri İranın Qətərdəki ABŞ hərbi bazasına hücumunu müzakirə etmək üçün Dohada təcili iclas keçirəcək.
İNFOAZ.WS xəbər verir ki, bunu Körfəz Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurasının baş katibi Casim əl-Budaivi məlumat verib.
“Təşkilatın Nazirlər Şurasının 49-cu fövqəladə iclası bu gün Qətərin paytaxtı Dohada Küveytin xarici işlər naziri, Nazirlər Şurasının hazırkı sessiyasının sədri Abdullah Əli Əl-Yəhyanın sədrliyi ilə keçiriləcək. Oman, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt xarici işlər nazirlərinin rəhbərləri İranın Qətərə hücumunu müzakirə etmək üçün Dohada bir araya gələcəklər”, – o bildirib.
Qeyd edək ki, dünən İran nüvə obyektlərinə hücuma cavab olaraq ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına raket hücumu həyata keçirmişdi.