image-tbrz
image-998b65e3-0b75-3db2-8476-23dad9dffc23_850backend

Xalq artisti Arif Babayevlə bağlı ÜZÜCÜ XƏBƏR

23.07.2025-ci il tarixində saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə İNFOAZ.WS-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub: “Hazırda müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti kritik ağır olaraq qiymətləndirilir. Sağlamlıq durumuna uyğun olaraq paytaxtdakı tibb müəssisəsinə təxliyəsi planlaşdırılır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki