image-tbrz
image-tecili_yardimbackend

Səhər saatlarında DƏHŞƏTLİ QƏZA – ÖLƏN VAR

Qusar rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

İNFOAZ  xəbər verir ki, “Report”un məlumatına görə, Qusar-Xudat avtomobil yolunun Çingiz Qurbanov küçəsindən keçən hissəsində “Chevrolet Cruze” markalı minik avtomobili ilə VAZ-2107 markalı avtomobilin toqquşması sonuncu nəqliyyat vasitəsinin sürücüsünün ölməsi ilə nəticələnib.

Ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Hadisə zamanı Qusar rayon sakinləri – 2001-ci il təvəllüdlü Fərrux Kamran oğlu Savziyev, 1989-cu il təvəllüdlü Orxan Əjdər oğlu Şəkərxanov və 1999-cu il təvəllüdlü Amik Nazim oğlu Hasəliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki