image-tbrz
image-whatsapp_image_2024_12_25_at_1608211735128559backend

Matəm günündə dərs olacaq? – RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Prezident  İlham Əliyevin sərəncamı ilə dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

Matəm günü ilə əlaqədar ictimaiyyət arasında sabah dərs olub-olmayacağı ilə bağlı fikir ayrılığı yaranıb.

Manset.az məsələ ilə bağlı Azərbaycan Elm və Təhsil Nazirliyi ilə əlaqə saxlayıb.

Manset.az-ın sorğusuna cavab olaraq Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev bildirib ki, sabah bütün tədris müəssisələrində dərs olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki