image-tbrz
image-a0338020-b0df-11ef-a0f2-fd81ae5962f4-jpgbackend

İtaliyada dəhşətli qadın cinayəti

İtaliyada dəhşətli qətl hadisəsi baş verib.

İNFOAZ.WS CNN-a istinadən bildirir ki, İtaliyada keçmiş sevgilisi Giulia Cecchettini qətlə yetirməkdə ittiham olunan 23 yaşlı Filippo Turetta ömürlük həbs cəzasına məhkum olunub.

2023-cü ilin noyabr ayında, Padua Universitetindən məzun olmasına bir həftə qalmış qətlə yetirilən 22 yaşlı Cecchettinin öldürülməsində günahkar bilinən Turetta, Venesiyada keçirilən məhkəmədə qətl, qanunsuz silah saxlama, adam oğurluğu və meyiti gizlətmə maddələri ilə ittiham olunub. Məhkəmə həmçinin Turettanı zərərçəkmişin ailəsinə maddi təzminat ödəməyə və onların hüquqi xərclərini qarşılamağa məcbur edib.

Cinayətdən sonra Turetta Cecchettinin cəsədini zibil torbalarına qoyaraq uçuruma atdığını və sonra qaçdığını etiraf edib.

Qeyd edək ki, o, cinayət planı tərtib etdiyini bildirib, lakin niyyətinin qətl olmadığını deyib: “Qəzəbli idim, beynimdə çoxlu düşüncələr vardı. Sadəcə, nə edəcəyimi bilmirdim”.

Fatimə Məmmədova

İNFOAZ.WS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki