image-tbrz
image-vefat11732254878backend

Fazil Vahidov vəfat etdi – FOTO

Bakı Dövlət Universitetinin (BDU) Politologiya və Sosiologiya kafedrasının dosenti, fəlsəfə elmləri namizədi Fazil Vahidov 73 yaşında vəfat edib.

İNFOAZ Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə bildirilib.
F. Vahidov 1941-ci ilin mart ayında Ağsu rayonunun Nuran kəndində doğulub. 1958-ci ildə Ağsu qəsəbə orta məktəbini bitirdikdən sonra 1958-1963-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1972-ci ildə “Ömər Faiq Nemanzadənin dünyagörüşü” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

1970-2024-cü illərdə BDU-da müəllim, baş müəllim və dosent kimi fəaliyyət göstərib, 1992-2006-cı illərdə isə BDU-nun Sosial Elmlər və Psixologiya fakültəsinin dekanı olub.

O, BDU-da keçirdiyi dövr ərzində bir çox təltif və mükafatlara layiq görülüb. 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki