image-tbrz
image-37e707c3-38fd-4f52-a47c-e057dd24f0c6backend

Dövlət Sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb – FOTO

Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində davam edən sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində 5 nəfər sərhəd pozucusu saxlanılmışdır.

İNFOAZ xəbər verir ki, Noyabr ayının 9-da saat 17:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşları – 1984-cü il təvəllüdlü Zehioua Mohamed El Amine, 1990-cı il təvəllüdlü Hamdani Hamza, 1993-cü il təvəllüdlü Boumaali Sid Ali, 1999-cu il təvəllüdlü Cherichi Hichem  2003-cü il təvəllüdlü Nebab Aimen dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılmışdır.

Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin qeyri-qanuni yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilmişdir.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki