image-tbrz
image-b9f5ffc9d1998fd432cff3729bcdadd3backend

Azərbaycanda vəzifəli şəxs müəllimi qaçırdı

Gədəbəydə vəzifəli şəxs qız qaçırıb.

Milli.Az-ın əldə etdiyi məlumata görə, Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatı idarəsinin baş mühəndisi Alim İsmayılov qız qaçırıb.

Qarşı tərəf isə şikayətçi olduğuna görə sözügedən şəxs saxlanılıb.

Məlumata görə, qaçırılan şəxs rayonda müəllimə kimi çalışırmış və öz razılığı olmadan hadisə baş verib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Gədəbəy  rayon Kommunal Müəssisələri Kombinatı Gədəbəy rayon İcra Hakimiyyətinin alt qurumlarından biridir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki