Duyğuların gizlədilməsi insan psixologiyasında olduqca geniş yayılmış bir haldır və müxtəlif səbəblərdən baş verə bilər. İnsanlar bəzən hisslərini paylaşmaqdan çəkinir, bu isə həm daxili qoruma mexanizmlərindən, həm də sosial təzyiqlərdən irəli gələ bilər.Bəs daxildə saxlanılan duyğular stress və depressiyaya səbəb ola bilərmi?
Mövzu ilə bağlı, psixoloq ”İNFOAZ.WS”-ə bildirib ki, bizə uşaqlıqdan duyğularımız haqqında danışmağın ayıb olduğunu öyrədiblər:
“Buna görə də,uşaqlıqdan öz duyğularımızı idarə etməyi itiririk. Fikirləşirik ki,kişi ağlamaz,qız çox gülməz və s. Artıq müəyyən yaşa çatanda bu ifadə edilməyən duyğular sonradan psixoloji problemlərə,stressə,daxili gərginlik, depressiyaya və təşvişə səbəb olur. Əlbəttə ki,biz araşdırsaq duyğuları idarə edə bilməməyin nəticəsinin intiharla bitdiyini görərik”.
Psixoloq bu haldan qurtulmağın yollarından da bəhs edib :
“Biz çalışmalıyıq ki ,uşaqlarımıza duyğularını ifadə etməyi öyrədək.Onlar öz duyğularını utanmadan,çəkinmədən,sərbəst şəkildə ifadə etməyi öyrənməlidirlər. Çünki,itirilmiş duyguların nəticəsi şəxsiyyət pozuntusuna,psixi pozuntulara gətirib çıxara bilər”.
Fidan Xəlilova,
İNFOAZ.WS