image-tbrz
image-1016038backend

SON DƏQİQƏ! Azərbaycanda sosial şəbəkələrlə bağlı qanun qəbul oluna bilər

“Azərbaycanda sosial şəbəkələr haqqında qanunun qəbul edilməsinə ehtiyac yarandığını düşünürəm”.

İNFOAZ APA-ya istinadən xəbər verir ki, bunu deputat Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, sosial şəbəkələr ölkəmizdə cəngəllik qanunları ilə idarə olunur: “İctimai rəy sosial şəbəkələr vasitəsilə manipulyasiya edilməkdədir. Artıq bir neçə inkişaf etmiş ölkə bununla bağlı qanunlar qəbul edib. Biz də bu barədə düşünməliyik”.
Vüqar İskəndərov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki