image-tbrz
image-image_940x_67a87c2760c66backend

Balakəndə “Kamaz” aşdı, sürücü öldü

Balakəndə “Kamaz” aşıb, sürücü ölüb.

İNFOAZ.WS apa-ya istinadən xəbər verir ki, hadisə dünən günorta saatlarında rayonun Gərəkli kəndində baş verib.

Belə ki, 1956-cı il təvəllüdlü Fərzəliyev Əsgər idarə etdiyi “Kamaz” markalı yük avtomobili ilə hərəkətdə olarkən yük maşını aşıb.

Hadisə nəticəsində Əsgər Fərzəliyev aldığı xəsarətlərdən ölüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki