image-tbrz
image-1651739482_1479823732_mektebfhfhfbackend

Məktəblərdə rus bölmələri bağlanır- BU TARİXDƏ

Son bir neçə gündə Rusiyada azərbaycanlılara qarşı edilən zorakılıq halları ciddi narahatlığa səbəb olub. Azərbaycanda bəzi məktəblərdə rus bölmələrinin bağlanması məsələsi gündəmə gəlib.

İNFOAZ.WS mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi ilə əlaqə saxlayıb.

Ekspert bildirib ki, dünyanın əksər ölkələrində vahid ana dili konkret olaraq tədris müəssisələrində keçirilir. Yəni, bütün tədris bir dildə( vahid ana dilində) aparılır.

İstisna ölkələr var ki, onlarda dövlət dili 2 dildən ibarətdir. Həmin ölkələrdə qəbul edilən vahid konstitusiyaya əsasən 2 ana dili mövcuddur. Burada hər 2 dil üçün tədris vacibdir.

Ekspert söyləyib ki, MDB-dən fərqli olaraq digər ölkələrdə kəskin yanaşma görünmür. Bu Rusiyanın imperialist siyasətindən irəli gəlir. Şovinist yanaşma həm Azərbaycanda, həm də digər ölkələrdə fəaliyyət göstərən rus bölmələrində özünü göstərib.

Azərbaycan Respublikasının vətəndaşı ölkə daxilində yaşayırsa çalışmalıdır ki, övladı da vahid ana dilində təhsil  alsın. Rus bölməsi əsasən ölkədə yaşayan azsaylı (rusdilli)  xalqlar üçün nəzərdə tutulub. Lakin Azərbaycanda yaşayan, qanunları bilib qəbul edən digər xalqın nümayəndələri də qaydalara uyğun vahid Azərbaycan dilində təhsil almalıdırlar.

Elçin Əfəndi açıqlayıb ki, Rusiya hər zaman fərqli yanaşma göstərib. Onlar öz danışıqlarında, leksiyalarında sanki ətrafdakı xalqların onlara “bağlılığını” göstərib. Amma bunlar təhdid elementi hesab edilir. Rusiyaya yaxın ölkələrdə rus bölməlırinin olması çox əvvələ gedib çıxır. Hazırda həmin ölkələrdə rus adətləri, asılılığı müəyyən şəkildə özünü göstərir.

“Heç bir müstəmləkə izi indi hansısa ölkənin öz  vahid dilinə hörmətsizlik etməsinə səbəb ola bilməz. Hazırda rus bölmələrinin bağlanması məsələsi gündəmdədir. Ən yaxın beş il ərzində ölkədə rus bölməlıri bağlanmalı, məktəblərdə rus dili tədris edən müəllimlərin yerini doğma dildə dərs keçən müəllimlər əvəz etməlidir”.-deyə, ekspert qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki