image-tbrz
image-grzyxkjpvfeueg1hjiy9w0xegbyya3okckczv7ln_1200backend

Məktəblərdə hicaba qadağa qoyuldu-Rusiyada…

Rusiyanın Vladimir vilayətinin Təhsil və Gənclər Siyasəti Nazirliyi məktəblilər üçün standart geyim tələblərinə dini mənsubiyyətini nümayiş etdirən hicab, niqab və digər elementləri qadağan edən bənd əlavə edib.

İNFOAZ lenta.ru-ya istinadən xəbər verir ki, bu, Rusiyanın hüquqi informasiya portalında dərc olunan sənədin mətnində öz əksini tapıb.

Bildirilir ki, müvafiq sərəncam oktyabrın 22-də imzalanıb. Sənədə yeni bənd əlavə edilib:

“Təhsil təşkilatlarında şagirdin dini mənsubiyyətini (o cümlədən hicab, niqab və s.) nümayiş etdirən geyim və onun elementlərinin geyinilməsinə icazə verilmir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki