image-tbrz
image-4fa6ff9860fcd401e62cd0efc7ca0432backend

Əhaliyə XƏBƏRDARLIQ! – Növbəti iki gündə…

Oktyabrın 8-9-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.

Xidmətdən İNFOAZ-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək.

Sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan, Culfa, Mingəçevir, Bərdə, Yevlax, Tərtər, Ağstafa, Goranboy, Samux, Gəncə, Qazax, Tovuz, Şəmkir, Qobustan, Naftalan, Şirvan, Salyan, Hacıqabul, Xızı, Siyəzən, Xaçmaz, Şabranda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki