Aktrisa Vera Karpova vəfat edib.
İNFOAZ.WS MKRU-ya istinadla bildirir ki, teatr və kino aktrisası Vera Karpova 91 yaşında Sankt-Peterburqda vəfat edib.
Məlumata görə, sənətçi bir gün əvvəl kəskin ürək çatışmazlığından dünyasını dəyişib. Qubernator Aleksandr Beqlov aktrisanın ailəsinə, dostlarına və həmkarlarına başsağlığı verərək “Peterburq və Rusiya mədəniyyəti üçün ağır itki üz verib” deyə qeyd edib.
Fatimə Məmmədova