image-tbrz
image-1543791347_gettyimages-1708811441backend

COP29 müddətində SMS icazə olacaq? – RƏSMİ AÇIQLAMA

“COP29 müddətində şəhər sakinlərinin evdən çıxması ilə bağlı səlahiyyətli qurumlar tərəfindən hər hansı məhdudiyyət və qadağaların və ya SMS icazələrin tətbiqi nəzərdə tutulmur”.

İNFOAZ APA-ya istinadən xəbər verir ki, bu barədə COP29-un baş icraçı direktoru Elnur Soltanov COP29 müddətində evdən çıxma qadağasının və SMS icazələrin tətbiq ediləcəyinə dair fikirlərə münasibət bildirərkən deyib.

 

O qeyd edib ki, bu məlumat tamamilə dezinformasiyadır:

“İctimaiyyəti bu kimi dezinformasiyalara inanmamağı və yalnız qurumlar tərəfindən verilmiş rəsmi məlumatları əsas götürməyi xahiş edirik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki