image-tbrz
temubackend

Temu müştəriləri görün necə aldadır – ŞOK FIRILDAQÇILIQ

Hazırda insanlar onlayn şəkildə alış-veriş etməyə üstünlük verir. Əsasən də bunu Trendyol və Temu platformaları vasitəsilə həyata keçirirlər. Lakin bu bəzən uğursuz alınır.Müştərilər aldanır.

Temu müştəriləri necə aldadır?

Mövzu ilə bağlı Azad istehlakçilar birliyinin sədri Eyyub Hüseynov İNFOAZ.WS-ə açıqlamasında internet üzərindən satış platformaları artdıqca keyfiyyətin qalxmalı olduğunu , lakin bunun tərsinə getdiyini, Azad İstehlakçılar birliyinə çoxsaylı şikayətlər getdiyini bildirib.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov - Sputnik Azərbaycan, 1920, 25.06.2021

Eyyub Hüseynov bir müştərinin aldadılmasını da təsvir edib:

“Temudan telefon zəngi şəklində gələn şikayətdə göstərilir ki , “Mən qalın bir tava reklamı görmüşdüm, tavanı almaq üçün ödənişi etdim. Amma mənə nazik aliminium tava göndərdilər.”, bazara daxil olmuş Temu artıq əhalini reklamlarla aldatmaqla məşğul olur. Hazırda internet üzərində satışda istehlak hüquqlarının pozulması davam edir, istehlakçı pulu ötürür, reklama baxıb ona uyğun mal alır, lakin gələn mal onun tələbatını ödəmir və reklamdakı ilə uyğun gəlmir.Bu zaman isə dəyişmək və ya qaytarmaq üçün problem yaranır. İkinci olaraq , istehlakçı malı sifariş verir, mal itirilir.Axtarmaq üçün istehlakçı əziyyət çəkir.Üçüncü isə mal zədələnmiş şəkildə gəlir. Bunu isə istehlakçıya sübut etmək olmur.”

İstehlakçı hüquqlarının qorunmasına cavabdeh olan dövlət qurumları və dövlət xidməti bu məsələ ilə bağlı zəiflik göstərir:

“Müştərilərin aldanmasının əsas səbəbi odur ki, istehlakçı hüquqlarının müdafiəsi haqqında qanun 1991-ci ildə qəbul edilib.Ondan sonra bazar dəyişib, lakin qanun dəyişməyib. Bu vəziyyət biznes qurumlarının vəziyyətdən sui-istifadə etməsinə gətirib çıxarıb. Yaxşı haldır ki, bir ay qabaq Cənab Prezidentin fərmanı ilə adı çəkilən qurum iqtisadiyyat nazirliyindən çıxarılıb.Gözləyirik ki, qanunun dəyişməsi ilə bundan sonra satış normal işləyər “.

Eyyub Hüseynov insanlara xəbərdarlığını da bildirib: “İnternet platformasından heç vaxt dərman almayın. Dərmanların 70%-i keyfiyyətsiz olur”.

Həmçinin zəmanətli mallardan zəmanət tələb etməyi, çek almağı tövsiyə edib.

Son olaraq belə hallara rast gəldikdə istehlakçıların 1095 telefon xəttinə müraciət etməli olduğunu deyərək fikrini yekunlaşdırıb.

Fatimə Məmmədova,

İNFOAZ.WS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki