image-tbrz
image-673a262a80063673a262a800641731864106673a262a80060673a262a80062backend

Gecə saatlarında DƏHŞƏTLİ QƏZA – ÖLƏN VAR

Astarada baş verən qəzada piyada ölüb.

İNFOAZ APA-ya istinadən xəbərə verir ki,hadisə axşam saatlarında rayonun Pensər kəndində baş verib. Pensər kənd sakini 1985 – ci il təvəllüdlü Qismət Cəbrayıl oğlu Feyziyev idarə etdiyi “VAZ-2104” markalı minik avtomobili ilə hərəkətdə olarkən, idarəetməni itirib və piyada Xəyalə Məzahir qızı Nəsirovanı vurub.

Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Nəqliyyat vasitəsi yol kənarındakı internet dirəyinə çırpılaraq, dirəyi də sıradan çıxarıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

İlkin ehtimala görə qəzaya səbəb yağışlı hava şəraiti olub.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki