image-tbrz
image-15014824122041351689-1024x682backend

Boşanmaların uşaq psixologiyasına təsiri

Son illər boşanmaların sayı artıb. Boşanmalar hər iki tərəflə yanaşı, uşaqlara da ciddi təsirlərini göstərir.

Bu sözləri İNFOAZ.WS-ə açıqlamasında Psixoloq Sevinc Həbibova deyib.

image-a528b86f-98c0-4ae0-b9c9-67a60cbfc236

Boşanmalar, əlbəttə uşaq psixologiyasına çox təsir edir və çıxış yolu deyil, Mövzu aktual bir mövzudur. Uşaqlar bizim gələcəyimizdir, onlar nə qədər şəffaf düşüncələrə yiyələnsələr, Həm cəmiyyətdə, həm ailədə, öz yerini tapa bilirlər. Valideynlər boşandıqdan sonra , uşaqlar həddi buluğa çatdıqda onlarda travma qoyur, çünki uşaq artıq özünü dərk edir. Bu uşağın həm təhsilində, həm də şəxsi həyatında özünü göstərə bilər. Bəzi ailələr var ki, kişi qadın bir yerdə yaşayır, amma heç cürə onlar bir razılığa gələ bilmirlər, düşünürlər ki, bu problemlər gələcəkdə öz həll yolunu tapacaq amma əfsuslar olsun ki, bu keçmir və getdikcə daha da pisləşir.

Uşaq ilk öncə tərbiyəni ailədə alır, sonra isə cəmiyyətdə. Boşanmlar uşaqlarda dərin izlər buraxır. Ona görə tövsiyə edərdim ki, çalışmaq lazımdır ki, ailəni qoruyub saxlayaq. Bəzən boşanmalar zamanı uşaqlarda depressiv hallar da baş verir ki, bu uşaqlar intihara belə qalxışırlar. Bəylərimiz və qadınlarımız bunu erkən yaşlarda eləsələr, bu daha məqsədəuyğundur. Uşaqlar həddi buluğa çatandan sonra öz emosiyalarını belə saxlaya bilmirlər. bəzən görürsən ki, uşaq məktəbə gedir, məktəbdə heç kimlə yola getmir. Özünə dostlar tapa bilmir. Ünsiyyəti belə azalır, get-gedə özünə qapanır, hər şeydən tədric olunur. Bax belə uşaqları biz araşdırırıq və görürük ki, kök altında, sən demə, doğrudan da boşanmış valideynlər, natamam ailələrin uşaqları olur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki