image-tbrz
Yanvarın 1-dən avtomobillər kəskin bahalaşır? - AÇIQLAMAbackend

Yanvarın 1-dən avtomobillər kəskin bahalaşır? – AÇIQLAMA

Yanvarın 1-dən Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu arta bilərmi?

Mövzu ilə bağlı Eyyub Əliyev İNFOAZ.WS-ə açıqlamasında əvvəl ölkəyə idxal olunan avtomobillərin sayının çox olduğunu, avtomobilin ortalama dəyərinin isə kiçik olduğunu bildirib.

“Hazırda avtomobil sayı ötən ilə nisbətən azalıb. Amma dəyəri artıb. Çünki ölkəyə idxal olunan avtomobillərə bəzi məhdudiyyətlər var: yaşı 10 ildən yuxarı olmamalıdır, taksi fəaliyyətində istifadə olunan avtomobillərə isə il müddəti qoyulduğu üçün həmin ilə aid avtomobillər ölkəyə gətirilmir.”

Eyyub Əliyevin sözlərinə görə, qiymət artımı müşahidə olunmur.

“Hətta yeni istehsal olunan avtomobillərə dekabr ayında endirimlər tətbiq olunur. 1000-8000 manat arasında endirimlər müşahidə olunur.”

Fatimə Məmmədova

İNFOAZ.WS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki