Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyədə işgüzar səfərdədir.
İNFOAZ.WS Ermənistan mediasına istinadən xəbər verir ki, Nikol Paşinyanı İstanbul beynəlxalq aeroportunda Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci qarşılayıb.
Ermənistan liderinin mətbuat katibi Nazeli Baqdasarayan bildirib ki, axşam saatlarında Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Rayyib Ərdoğan arasında görüş planlaşıdırılıb.
Qeyd edək ki, bu, N.Paşinyanın Türkiyəyə ilk işgüzar səfəridir. Onun rəhbərlik etdiyi nümayəndə heyətinə 13 nəfər daxil edilib.
Xatırladaq ki, artıq bir neçə gündür Ermənistan KİV-i Türkiyədə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması şərtlərini müzakirə ediləcəyinə dair xəbərlər dərc edir.