image-tbrz
image-2backend

Mövqelərimiz Basarkeçər və Gorus istiqamətlərindən atəşə tutulub

Aprelin 11-i saat 20:10-dan 23:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyindən İNFOAZ.WS-ə verilən məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki