Apple, iOS yeniləməsi ilə iPhone-a ChatGPT inteqrasiyasına başlayır.
İNFOAZ.WS NTV-yə istinadən xəbər verir ki, Apple, OpenAI-nın süni intellekt botu ChatGPT-ni iPhone, iPad və Mac cihazlarına inteqrasiya etməyə başlayıb. Süni intellekt dəstəyi ilə təkmilləşdirilən bu yenilik, Siri və digər vasitələrlə qarşılıqlı əlaqəni dəyişdirəcək. Bu addım iPhone satışlarını artıracaq.
İyun ayında elan edilən və Apple Intelligence-in bir hissəsi kimi təqdim edilən ChatGPT inteqrasiyası, Siri səsli köməkçisinin istifadəçilərin təqdim etdiyi fotoşəkillər və ya təqdimatlar kimi sənədlərlə bağlı suallarını cavablandırmaq üçün ChatGPT-nin bacarıqlarından yararlanmasına şərait yaradacaq.