III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib.
İNFOAZ.WS xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Təşkilat Komitəsinin üzvləri sırasına Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin və Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavinləri daxil edilib. Oğuz Rayon İcra Hakimiyyətinin başçısı, eyni zamanda Bərdə Rayon İcra Hakimiyyəti başçısının, Goranboy Rayon İcra Hakimiyyəti başçısının, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının, Qazax Rayon İcra Hakimiyyəti başçısının, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının, Tərtər Rayon İcra Hakimiyyəti başçısının və Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavinləri isə Təşkilat Komitəsindən çıxarılıb.