Nazirlər Kabineti 22 aprel 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İxrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib.
İNFOAZ.WS xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən elektrik mühərrikli avtomobillər üçün elektrik enerji doldurucularının istehsalı məqsədilə idxal olunan hissə və ləvazimatların idxalı gömrük rüsumundan azad edilib. Söhbət elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjisi doldurucularının yaddaşlı proqramlaşdırılan və proqramlaşdırılmayan kontrollerindın gedir.
Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək və 2027-ci il yanvarın 1-nə qədər qüvvədə olacaq.