image-tbrz
image-56backend

Almaniya Ukraynaya daha 3 milyard ayırır

Almaniya Maliyyə Nazirliyi Bundestaqın Büdcə Komitəsinə Kiyevə 3 milyard avro məbləğində əlavə hərbi yardımın təsdiqlənməsi üçün sorğu göndərib.

İNFOAZ.WS xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, bundan əlavə, maliyyə naziri Yorq Kukis 2026-2029-cu illərdə Kiyevə hərbi yardım üçün büdcədənkənar 8,252 milyard avrodan çox vəsaitin ayrılmasını təsdiqlətmək istəyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki